“Zirə”də özümü əla hiss edirəm” - Ağabala Ramazanov
13.01.2020 - 16:38
“Zirə”də özümü əla hiss edirəm” - Ağabala Ramazanov

"Ümraniyəspor"la oyun haqda çox danışmaq istəmirəm. Çünki biz daha hazır olan komandaya qarşı mübarizə apardıq". Bu sözləri Apasport.az saytına açıqlamasında "Zirə"nin yeni transferi Ağabala Ramazanov deyib.

Forvard komandasının Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama görüşünü dəyərləndirib. Bununla yanaşı Ramazanov yeni komandasında özünü çox yaxşı hiss etdiyini bildirib: "Bizim üçün toplanış yeni başlayıb. Rəqib isə sonuncu yoxlama oyununa çıxırdş. Onlar daha hazır idilər. Üstəlik bizdə məşq prosesi, yüklənmə üzərində olur. Elə bütün bunlara görə "Ümraniyəspor"la oyun bizim üçün çətin alındı. 

Özümə gəlincə, komandada özümü əla hiss edirəm. Hamı bir-birilə çox mehribandır. Məni də istər yerli, istərsə də legionerlər yaxşı qarşıladı. Ona görə də hər şey qaydasındadır. Çalışmalara davam edirik".

0
Ağabala Ramazanov Zirə debüt