“Zirə”nin bombardiri Bosniya və Herseqovina ilə oyuna çağırıldı
17.03.2022 - 12:01
“Zirə”nin bombardiri Bosniya və Herseqovina ilə oyuna çağırıldı

Gürcüstan yığmasının Bosniya və Herseqovina və Albaniya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, milliyə çağırılanlar arasında Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu da var.

Baş məşqçisi Villi Sanyolun dəvət etdiyi 23 oyunçudan biri də “Zirə”nin hücumçusu Davit Volkovdur. 10 qolla Premyer Liqaya bombardirlik edən 27 yaşlı forvard ikinci dəfə yığmaya çağırılıb.

Qeyd edək ki, Gürcüstan millisi martın 25-də Bosniya və Herseqovina, 29-da isə Albaniyaya ilə qarşılaşacaq.