"Əl-Nəsr"dən təklif - "Qalatasaray"a
05.07.2020 - 13:18
"Qalatasaray" daha bir əcnəbi futbolçusu ilə yollarını ayıra bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Yunes Belhanda ilə bağlı İstanbul nəhənginə təklif gəlib.
Henri Onyekurunu müqavilə ilə məxsus olduğu "Monako"ya qaytaran "cim-bom"un mərakeşli orta sahə oyunçusu üçün Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr" danışıqlara başlayıb. Uzun müddətdir Belhandanı izləyən "Əl-Nəsr" rəsmiləri növbəti həftə türklərlə danışıq masası arxasında əyləşəcək.
Qeyd edək ki, Yunes Belhandanın "Qalatasaray"la müqavilə müddəti gələn ilin yayına qədərdir.
0
0