Azərbaycan yığması Almaniyaya 22 futbolçu ilə yollanacaq
29.03.2008 - 17:17
Bakı. Aqşin Əliyev-APA-Sport. 1991-92-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan milli komandası Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. Onun sözlərinə görə, 7-22 aprel aralığında baş tutacaq hazırlıq prosesinə Yaşar Vahabzadə rəhbərlik edəcək. Məşqlər zamanı ona Babək Alxasov və Mirbağır İsayev yardım göstərəcək. Frankfurta yollanacaq 22 futbolçudan ibarət siyahı sabah açıqlanacaq. Təlim-məşq toplanışı çərçivəsində yığma bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. U-17 və U-21-in baş məşqçisi, həmçinin AFFA-nın texniki direktoru Bernard Lippert də milli komandanın düşərgəsində olacaq.
Qeyd edək ki, öncə Frankfurta U-17-nin gedəcəyi planlaşdırılsa da, sonradan qeyri-müəyyən səbəbdən 1991-92-ci il təvəllüdlülərdən ibarət kollektivə şərait yaradılıb.
Qeyd edək ki, öncə Frankfurta U-17-nin gedəcəyi planlaşdırılsa da, sonradan qeyri-müəyyən səbəbdən 1991-92-ci il təvəllüdlülərdən ibarət kollektivə şərait yaradılıb.
0
0