Ağasəlim Mircavadov: “Yaxşı meydan olanda, komandamız yaxşı oyun göstərir”
29.03.2008 - 18:40
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov ikinci dövrədəki uğursuzluqların meydan amili ilə bağlı olduğunu bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, “Gənclərbirliyi” üzərində 5:0 hesabı ilə qələbə qazanan cənubluların baş məşqçisi bu qarşılaşmanı əvvəlkilərdən məhz ot örtüyünün səviyyəsinə görə fərqləndirib: “Yetirmələrimdən razıyam. Yaxşı meydan olanda komandamız yaxşı oyun göstərir”. 69 yaşlı mütəxəssis uzun fasilədən sonra heyətə qayıdan Yakuba Bambanın hazırkı oyun formasından razı qalmayıb: “Uzun müddət oynamadığı üçün fiziki cəhətdən tam hazır deyil. Bu səbəbdən onu matçın sonlarında meydana buraxmalı oldum. Bambanın tam hazır olması üçün zamana ehtiyacı var”.
Qeyd edək ki, Y.Bamba birinci dövrənin 5-ci turunda keçirilən “Turan” – “Gənclərbirliyi” oyunundan sonra zədə üzündən meydana çıxmayıb. “Gənclərbirliyi” ilə birinci oyun ərəfəsində zədələnən hücumçu elə Sumqayıt təmsilçisi ilə - amma ikinci dövrədə sıtraya dönüb.

- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
- Devid parıldadı: Messidən sonra ikinci het-trik
0
0