Almaniyalı Berti Foqts bu gün Azərbaycan milli komandasının baş məşqçisi təyin edilə bilər
30.03.2008 - 09:45
Almaniyalı Berti Foqts bu gün Azərbaycan milli komandasının baş məşqçisi təyin edilə bilər
Martın 26-da yığmamızın Litva ilə Vilnüs şəhərində yoldaşlıq görüşünü izləmiş, baş məşqçi postuna əsas namizəd olan almaniyalı mütəxəssis Berti Foqtsun təyinatının bu gün təsdiqlənəcəyi gözlənilir. AFFA rəhbərliyi B.Foqtsla yanaşı, həmyerliləri Hans Peter Brigellə Hörnst Köppel, habelə fransalı Filipp Trussyenin namizədliyini nəzərdən keçirib.
İclasda həmçinin aprelin 26-da keçiriləcək hesabat-seçki konfransının gündəliyinin təsdiq olunması, yeni Nizamnaməyə uyğun olaraq üzvlüyə qəbul olunmaqla bağlı keçid dövrü üçün Əsasnamənin təsdiq olunması və digər məsələlər müzakirə ediləcək.
0