Vaqif Sadıqov: “Sabir Əliyevin qərarı daha çox emosional xarakter daşıyır”
30.03.2008 - 11:20
Vaqif Sadıqov: “Sabir Əliyevin qərarı daha çox emosional xarakter daşıyır”
Onun sözlərinə görə, komandanın baş məşqçisi Sabir Əliyevin Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Xəzər-Lənkəran”a 0:5 hesablı məğlubiyyətdən sonra istefası rəhbərlik tərəfindən qəbul olunmayıb: “Baş məşqçini başa düşmək olar. Komanda ikinci dövrədə məğlubiyyətləri sıralayır və o, belə çətin vəziyyətdə istefa vermək qərarına gəlib. Ancaq biz cari çempionatı Azərbaycanın əməkdar məşqçisi olan Sabir Əliyevlə başa vurmaq fikrindəyik”. Vitse-prezident bildirib ki, aprelin ilk günündə komanda daxili müşavirə keçiriləcək: “Həmin toplantıda hazırkı durum müzakirə olunacaq. Hesab edirəm ki, çətin də olsa, güclülər dəstəsində qalmaq vəzifəsinə yerinə yetirə bilərik. Hər halda, təqvimin bizim üçün münasib olması belə deməyə əsas verir. Qarşıdakı bir ayda 5 oyundan 4-ü öz meydanımızda keçirəcəyik. Sumqayıtda qəbul edəcəyimiz “Turan”, “Karvan”, “Qarabağ” və “Masallı” ilə görüşlərdə xal ehtiyatımızı artıra bilərik. Gələn ay yalnız səfərdə yalnız Bərdənin ABN klubu ilə görüşümüz var. Bütün qüvvəmizi səfərbər edib, qarşıdakı vacib oyunlarda nəticə qazanmalıyıq”.
0