“Neftçi” Anatoli Demyanenkonun rəhbərliyi altında ardıcıl yeddinci qələbəsini qazanıb
30.03.2008 - 18:52
“Neftçi” Anatoli Demyanenkonun rəhbərliyi altında ardıcıl yeddinci qələbəsini qazanıb
Görüşdə vurulan yeganə topun müəllifi Fərrux İsmayılov olub. Komandalar isə oyunu azlıqda başa vurub. Belə ki, matçı idarə edən sabiq FİFA hakimi Anar Niyazov 32-ci dəqiqədə “Olimpik”in yarımmüdafiəçisi Yaşar Abuzərov, 75-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Rauf Mehdiyevlə qonaq komandanın kapitanı Kamal Quliyevə qırmızı vərəqə göstərərək, onları meydandan çıxarıb. “Olimpik”in ən yaxın izləyicisi olan “Neftçi” də qələbə qazanmaqla, 4 xallıq fərqi qoruyub. Flaqman ilk dövrədə “Bakı”dan acınacaqlı məğlubiyyətin (1:5) əvəzini minimal hesablı qələbə ilə çıxıb. İlk dövrədə olduğu kimi, “Bakı”ya qol vuran serbiyalı hücumçu Branimir Subaşiç bombardirlər yarışında “İnter”dəki həmkarı Xaqani Məmmədovla fərqi 2-də saxlayıb. İkinci dövrədən “Neftçi”nin sükanı arxasında olan ukraynalı baş məşqçi Anatoli Demyanenko kubok matçlarını nəzərə alsaq, ardıcıl 7-ci qələbəsini qazanıb.

ABN – “Masallı” – 1:2
Ruslan Rüstəmov, 85 – Boris Qonçarov, 26, Vaja Lomaşvili, 82

“Simurq” – “İnter” – 3:4
Ruslan Kaçur, David Bolkvadze, 30, Kaxaber Çxetiani, 85 – Emin İmaməliyev, 15, Roman Quello, 49, Xaqani Məmmədov, 65, Georgi Vladimirov, 73

“Xəzər-Lənkəran” – “Gənclərbirliyi” – 5:0
Zaur Ramazanov, 10, Dieqo Souza, 23, Nadir Nəbiyev, 46, 66, 90

“Neftçi” – “Bakı” – 3:2
Branimir Subaşiç, 3, Georgi Adamiya, 28-pen, Dmitri Kruqlov, 31 – Leandro Qomeş, 22, Fernando Peres, 76

“Olimpik” – “Standard” – 1:0
Fərrux İsmayılov, 26

“Karvan” – “Qəbələ” - 1:2
Süleyman Kamara, 74 - Samir Zərgərov, 1-penaltiylə, Azər Cabbarov, 49

“Qarabağ” – “Turan” – 0:0

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

18

14

4

0

24-3

46

2

Neftçi

18

13

3

2

35-16

42

3

İnter

18

11

4

3

34-12

37

4

Xəzər-Lənkəran

18

10

6

2

35-13

36

5

Simurq

18

9

3

6

28-18

30

6

Qəbələ

18

9

0

9

23-22

27

7

Bakı

18

7

6

5

26-18

27

8

Qarabağ

18

6

6

6

17-14

24

9

Masallı

18

6

3

9

21-32

21

10

Karvan

18

6

2

10

15-18

20

11

Standard

18

4

6

8

20-20

18

12

Turan

18

2

3

13

10-35

9

13

ABN

18

1

6

11

9-31

9

14

Gənclərbirliyi

18

2

0

16

12-55

6



Bombardirlər: Branimir Subaşiç (“Neftçi”) – 14, Xaqani Məmmədov (“İnter”) - 12, Junivan Suares (Olimpik) - 11.

Qeyd edək ki, XX turun oyunları aprelin 5-də və 6-da keçiriləcək: “Masallı” – “Neftçi”, “Standard” – “Simurq”, “Qəbələ” – “Xəzər-Lənkəran”, “Turan” – ABN, “Bakı” – “Olimpik”, “İnter” – “Karvan”, “Gənclərbirliyi” – “Qarabağ”


0