AFFA Premyer Liqanın və Azərbaycan kubokunun yayım hüququnu Az.TV-dən alıb
30.03.2008 - 17:51
Bakı. Mehman Süleymanov-APA-Sport. AFFA Az.TV ilə bağladığı müqaviləni pozub. “APA-Sport” agentliyinin məlumatına görə, bununla bağlı qərar AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edib. Azərbaycan Premyer Liqasının və ölkə kuboku oyunlarının canlı yayımlanmasının eksklüziv çəkiliş hüquqları ilə bağlı AFFA ilə Az.TV arasında ötən ilin avqustun 1-də imzalanmış anlaşmanın şərtləri icraçı tərəfindən lazımi səviyyədə yerinə yetirilmədiyi üçün müqaviləyə xitam verilib. Premyer Liqanın növbəti turunun oyunlarının yayım hüququ meydan sahibi olan klubların ixtiyarına verilməsi haqda qəbul olunub.
- Niko Paz qərarını verdi - “Komo”da qalacaq
- Kazemirodan qol və mükafat - Braziliyalı matçın oyunçusu seçildi
- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
- Haaland “Real”a keçmək istəmir: Səbəb Mbappe və Vinisiusdur
0
0