Elşən Qəmbərovun komandası Özbəkistan çempionuna uduzub
31.03.2008 - 11:18
Elşən Qəmbərovun komandası Özbəkistan çempionuna uduzub
Daşkənd. Mehman Süleymanov-APA-Sport. Azərbaycan yığmasının sabiq oyunçusu Elşən Qəmbərovun çıxış etdiyi Özbəkistanın “Dinamo” klubu ardıcıl üçüncü məğlubiyyətini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, Səmərqənd şəhərini təmsil edən komanda 3-cü turda Daşkənddə yerli “Paxtakor”a minimal hesabla uduzub – 0:1. E.Qəmbərov Özbəkistan çempionu ilə görüşdə 90 dəqiqə meydanda olub.
0