Mahmud Qurbanov: “Berti Foqtsa qarşı çıxmayacağam”
31.03.2008 - 12:29
Mahmud Qurbanov: “Berti Foqtsa qarşı çıxmayacağam”
Berti Foqtsun milli komandamızın martın 26-da Vilnüsdə Litvaya qarşı keçirdiyi yoldaşlıq görüşünü izləməsindən xəbərdar olan futbolçu almaniyalını braziliyalı Karlos Alberto Torresdən üstün tutub: “Milli komandamızın sabiq baş məşqçisi, dünya çempionu Torres dahi futbolçu olub. Biz onun səviyyəsinə çata bilmərik. Ancaq Torresin məşqçi kimi uğuru olmayıb. Foqts isə futbolçu karyerasında dünya çempionu olmaqla yanaşı, 1996-cı ildə məşqçi kimi Almaniya yığmasını Avropa çempionu edib. Onu yüksək səviyyəli, nəticə qazanan və braziliyalı həmkarından güclü sayıram”. M.Qurbanovun sözlərinə görə, B.Foqts kimi mütəxəssis Azərbaycan milli komandasında müsbət dəyişikliklər edə bilər: “Ustalıq səviyyəmiz, potensialımız göz qabağındadır. Hər halda, futbol kollektiv oyundur və Foqts keçirəcəyi məşqlərlə komandanı daha yaxşı hazırlaşdıra bilər. İşimiz oynamaq, federasiyanın təyin etdiyi baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməkdir”. B.Foqtsdan dəvət gözləyən 35 yaşlı futbolçu yığmaya çağırılmayacağı təqdirdə, ona qarşı çıxmayacağını vurğulayıb: “Yəqin ki, formada olaramsa, yenə milliyə dəvət alaram. Amma Foqts məni yığmaya çağırmasa, bunu normal qarşılayacağam”.
0