Almaniyaya təlim-məşq toplanışına yollanacaq Azərbaycan futbolçularının adları açıqlanıb
31.03.2008 - 15:25
Almaniyaya təlim-məşq toplanışına yollanacaq Azərbaycan futbolçularının adları açıqlanıb
Bakı. Aqşin Əliyev-APA-Sport. Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının (U-19) heyəti açıqlanıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Yaşar Vahabzadə 21 futbolçuya dəvət göndərib. Belə ki, milli komandanın heyətində Səlahət Ağayev, Üzeyir Seyfizadə, Sərraf Yusifzadə,
Orxan Həsənov, Fariz Məmmədov, Mirhüseyn Seyidov, Araz Abdullayev, Tural İsgəndərov, Eşqin Quliyev, Cavid Musayev, Kamil Nurəhmədov, Amit Quluzadə, Sücəddin Mobinov, Pərviz Bayramov, Vəfadar Quliyev, Zahid Quliyev, Əvəz Rəhimov, Emin Cəfərquliyev, Novruz Məmmədov, Emin Mustafayev və Şəhriyar Xəlilov yer alıb. Həmyerlilərimiz aprelin 7-də səfərə çıxacaqlar. İki həftə davam edəcək təlim-məşq toplanışı çərçivəsində U-19 bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
0