Azərbaycanda ilk çimərlik futbolu stadionunun tikintisinə başlanılıb
31.03.2008 - 16:53
Azərbaycanda ilk çimərlik futbolu stadionunun tikintisinə başlanılıb
Bakı. Aqşin Əliyev-APA-Sport. Azərbaycanda ilk çimərlik futbolu stadionunun tikintisinə başlanılıb. Bu haqda “APA-Sport” agentliyinə Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) baş katibi Ceyhun Xəlilbəyli məlumat verib. Onun sözlərinə görə, Mərdəkanda yerləşən “Dalğa” İstirahət Kompleksinin həyətində yerləşən stadion tribunasız olacaq: “Hazırda qapılar, beton lövhələr, stadionun kənarları inşa edilir. Tribunanın isə sonradan tikilməsi nəzərdə tutulub. Çox güman ki, tikinti işləri aprelin sonlarında başa çatacaq”. C.Xəlilbəyli bildirib ki, hazırda milli komandanın formalaşdırılması prosesi də davam edir. Yığmanın düşərgəsinə 20-dək futzalçı və futbolçu cəlb olunub. Hələlik milli komandanı Bəhram Hətəmovun çalışdırdığını deyən AÇFF rəsmisi vurğulayıb ki, aprelin ortalarında Türkiyədə təşkil ediləcək təlim-məşq toplanışınadək baş məşqçinin adı açıqlana bilər.
0