Tərlan Əhmədov məşqçilik kursuna qatılacaq
06.04.2008 - 10:34
Tərlan Əhmədov məşqçilik kursuna qatılacaq
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycan millisinin sabiq futbolçusu və Bakının «Olimpik» klubunun kapitanı Tərlan Əhmədov sabah start götürəcək B kateqoriyası almaq istəyənlər üçün növbəti məşqçilik kursuna qatılacaq. «APA-Sport» agentliyinin məlumatına görə, iki həftəyədək davam edəcək kursda ümumilikdə Premyer-Liqa və I divizion klublarında fəaliyyət göstərən 25 oyunçu və mütəxəssis təhsil alacaq. AFFA-nın Elmi-Metodiki Mərkəzinin rəhbərliyi ilə keçiriləcək dərslərdə həmçinin Hafiz Əliyev, Teymur Muradov, Məhərrəm Bağırov, Bəxtiyar Musayev, Adil Mahmudov, Roman Cəfərov, Vəli Hüseynov, Rauf Salyamov, Rövşən Babayev, Emin Salmanov, Yaşar Hüseynov, Müşfiq Hüseynov, Səttar Əliyev, Məhərrəm Həsənov, Ramiz Səadətov, İsmayıl Əliyev, Rüfət Quliyev, Hüseynqulu Quliyev, Bəhram Şahquliyev, Vadar Nuriyev, İlham Qurbanov, Baba Əsgərov, Asəf Namazov və Vidadi Rzayev iştirak edəcək.
0