“Neftçi” Anatoli Demyanenkonun rəhbərliyi altında ardıcıl 8-ci qələbəsini qazanıb
06.04.2008 - 12:03
“Neftçi” Anatoli Demyanenkonun rəhbərliyi altında ardıcıl 8-ci qələbəsini qazanıb
Bakı. Elşən Məmmədov - APA-SPORT. Azərbaycan Premyer Liqasının XX turuna start verilib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyun günündə dörd görüş keçirilib. «Neftçi» klubu baş məşqçi Anatoli Demyanenkonun rəhbərliyi altında ardıcıl 8-ci qələbəsini Lənkəran Olimpiya Kompleksinin stadionunda “Masallı” komandası üzərində qazanıb. Gələn həftə ölkə kubokunun yarımfinalında qarşılaşacaq “Qəbələ” və “Xəzər-Lənkəran” arasındakı Premyer Liqa matçında qalib müəyyənləşməyib. Bununla da baş məşqçi Ağasəlim Mircavadovun komandası ardıcıl ikinci dəfə çempionluq yolunda daha bir ciddi zərbə alıb. “Standard” klubu gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadzenin rəhbərliyi altında ilk böyük hesablı qələbəsini “Simurq” üzərində əldə edib. Son turlar o qədər də məhsuldar oyun nümayiş etdirməyən paytaxt təmsilçisi bu dəfə zaqatalalıların qapısından 3 cavabsız top keçirib. “Turan” isə ABN-i darmadağın edib. Tovuzlular debütantın daha bir gözlənilməz nəticə əldə etməsinə imkan verməyiblər. Bununla da “Turan” yarım ildən sonra ilk qələbəsini qazanıb.

5 aprel

“Masallı” – “Neftçi” – 0:2
Georgi Adamiya, 45, 85

“Standard” – “Simurq” – 3:0
Anhel Qutyerres, 50, Leonardo Roşa, 52, Dan Pisla, 72

“Qəbələ” – “Xəzər-Lənkəran” – 1:1
Zaur Ramazanov, 10, Camal Məmmədov, 72

“Turan” – ABN - 3:0
Yevgeni Karabulya, 48, Asəf Qədiri, 57, Kamal Ələkbərov, 85

Bu gün isə daha 3 görüş olacaq:

“Bakı” – “Olimpik”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“İnter” – “Karvan”
Bakı. “Şəfa” stadionu

“Gənclərbirliyi” – “Qarabağ”
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

Turnir cədvəli

Klub

O

q

h

M

t

x

1

Olimpik

18

14

4

0

24-3

46

2

Neftçi

19

14

3

2

37-16

45

3

İnter

18

11

4

3

34-12

37

4

Xəzər-Lənkəran

19

10

7

2

34-14

37

5

Simurq

19

9

3

7

26-21

30

6

Qəbələ

19

9

1

9

24-23

28

7

Bakı

18

7

6

5

26-18

27

8

Qarabağ

18

6

6

6

17-14

24

9

Masallı

19

6

3

10

21-34

21

10

Standard

19

5

6

8

23-20

21

11

Karvan

18

6

2

10

15-18

20

12

Turan

19

3

3

13

13-35

12

13

ABN

19

1

6

12

9-34

9

14

Gənclərbirliyi

18

2

0

16

12-53

6



Bombardir: Branimir Subaşiç (“Neftçi”) – 14 top.

“Bakı” – “Olimpik” görüşü 17:15-də, digər qarşılaşmalar 16:00-da başlayacaq.
0
DİGƏR XƏBƏRLƏR
Loading...