Ruslan Zeynalov: “Neftçi” klubuna keçə bilərdim”
09.04.2008 - 13:25
Ruslan Zeynalov: “Neftçi” klubuna keçə bilərdim”
Alçevsk. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycan milli komandasında məşqçilər korpusunda dəyişiklik olmasına baxmayaraq, hazırda da mənimlə maraqlanır, oyunumu izləyirlər”. “APA-Sport” agentliyinin məlumatına görə bu sözləri Ukraynanın “Krımteplitsa” klubunun hücumçusu Ruslan Zeynalov deyib. Ukrayna çempionatının birinci dəstəsində çıxış edən azərbaycanlı futbolçu yerli mətbuatın da diqqətindən yayınmır. O, birinci dəstədə keçirilən 24-cü turun “Stal” (Alçevsk) – “Krımteplitsa” oyunundan sonra verdiyi müsahibəsində milli komandamıza dəvət aldığını etiraf edib: “Bəli, məni Azərbaycan milli komandasına cəlb etmək istəyirdilər. Amma indi orada baş məşqçi dəyişikliyi olub”. 26 yaşlı R.Zeynalov klub karyerasını Azərbaycanda davam etdirmək variantının olduğunu etiraf edib: “Azərbaycan klublarından təkliflər olub. Xüsusilə, “Neftçi”yə, Anatoli Demyanenkonun yanına keçə bilərdim. Amma alınmadı”.
Qeyd edək ki, Bakının “İnter” klubunun sabiq ukraynalı baş məşqçisi Oleq Smolyaninovun çalışdırdığı “Stal”la qarşılaşmada 79 dəqiqə meydanda olan R.Zeynalov komandasının 0:1 hesablı məğlubiyyətinə əngəl ola bilməyib.
0