Azərbaycanın Gəncə şəhərində “Top Festivalı” keçirilib
13.04.2008 - 10:29
Azərbaycanın Gəncə şəhərində “Top Festivalı” keçirilib
APA-nın qərb bürosunun məlumatına görə, AFFA-nın baş katibi Elxan Babayev sözügedən tədbirin ikinci ildir, təşkil olunduğunu bildirib: “Festival ilk dəfə Bakıda 2007-ci ildə təşkil edilib. AFFA ölkənin digər rayonlarında da festivalın keçirilməsinə qərar verib. Bu cür tədbirlər Azərbaycan futbolunun inkişafına töhfəsini verəcək. Yaxın vaxtlarda Naxçıvanda, Sumqayıtda, Şəkidə, Mingəçevirdə və digər bölgələrdə də festival təşkil olunacaq”.
Qeyd edək ki, Gəncədə keçirilən “Top Festival”ında respublikanın müxtəlif rayonlarından 250-dək yeniyetmə idmançı iştirak edib. İdmançılar müxtəlif mərhələlər üzrə güclərini və istedadlarını nümayiş etdiriblər. 43 saylı orta məktəbin şagirdi Sərxan Nuriyev, Gəncə idman məktəblərinin yetirmələri Sərxan Zeynalov və Cabbar Muradov qalib seçiliblər. Qaliblərə hədiyyələr təqdim edilib.
0