“Qarabağ”ın vitse prezidentinin AFFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb
13.04.2008 - 11:01
“Qarabağ”ın vitse prezidentinin AFFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəlin AFFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülüb. “APA-Sport” agentliyinin məlumatına görə, futbol klubunun klubdaxili iclasında bu barədə qərar qəbul olunub. 2004-cü ilin əvvəlindən “Qarabağ”ın vitse-prezidenti vəzifəsində çalışan T.Gözəlin klubda çalışdığı dövrdə ağdamlılar son titulunu - 2006-cı ilin ölkə kubokunu qazanıb. Bu uğura qədər Ağdam klubu 10 il ərzində Azərbaycan çempionatında və kubokunda qalib gəlməyib.
Qeyd edək ki, T.Gözəlin İcraiyyə Komitəsinə namizədliyi ilə bağlı sənədlər artıq AFFA-ya təqdim olunub.
0