Azad Rəhimov: “Arzu edək ki, Azərbaycan yığmasının böyük hesablı məğlubiyyətləri bir də təkrarlanmasın”
14.04.2008 - 10:38
Azad Rəhimov: “Arzu edək ki, Azərbaycan yığmasının böyük hesablı məğlubiyyətləri bir də təkrarlanmasın”
Almaniya mətbuatı Azərbaycan milli komandasının 62 yaşlı baş məşqçisinin ölkəmizə ilk səfərinə həsr olunan yazıda A.Rəhimovun fikirlərinə də yer ayırıb: “Bizə elə gəlir ki, 10 ildən sonra Almaniyada olduğu kimi, Azərbaycanda da stadionların tribunaları dolu olacaq. Amma indi vaxtilə minlərlə tamaşaçının gəldiyi stadionda seyrçilərin sayı 100-200 olur”. Nazir almaniyalının seçilməsinin səbəbini də izah edib: “Seçimimizi ona görə Foqtsun üzərində dayandırmışıq ki, Almaniya futbol məktəbini uğur modeli sayırıq”. Almaniyalılar A.Rəhimovun Azərbaycan - Almaniya matçı ilə bağlı arzusunu da öyrənə bilib: “2:2. Bu oyunda qələbə yəqin ki, çox böyük tələb olardı. Arzu edək ki, Polşaya 0:5, Serbiyaya 1:6 hesabları bir də təkrarlanmasın”.


0