AFFA-nın İcraiyyə Komitəsinə namizədlərin adları açıqlanıb
14.04.2008 - 11:33
AFFA-nın İcraiyyə Komitəsinə namizədlərin adları açıqlanıb
K.Tuayev AFFA-nın üzvü olan Futbol Məşqçiləri Birliyinə rəhbərlik etsə də, bu ictimai təşkilatdan İcraiyyə Komitəsinə onun namizədliyi verilməyib. Digər futbol veteranı İsgəndər Cavadovun namizədliyini isə Musa Qurbanovun rəhbərlik etdiyi Futbolçular Birliyi irəli sürüb. Təhsil nazirinin müavini Elmar Qasımov da İK-ya seçilə bilər ki, onun namizədliyini Regional Futbol Federasiyası verib. AFFA-ya prezident seçkilərində Rövnəq Abdullayevə uduzan Kamil Rəhimov bu dəfə İK-ya namizədlik uğrunda mübarizəyə qoşulub. AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevi nəzərə almasaq, 12 əvvəlki üzvdən “Turan” klubunun sabiq icraçı-direktoru Yaşar Sultanov, Naxçıvan Futbol Federasiyasının prezidenti Mübariz Pənahov, MOİK-in rəisi Natiq Əliyev bu dəfə namizədlər sırasında deyil. Yeni tərkibdə AFFA prezidentini nəzərə almasaq, 10 nəfər yer alacaq. Hər bir namizəd yalnız bir AFFA üzvü tərəfindən Konfransın keçirildiyi tarixdən ən azı 15 gün əvvəl təklif olunmalı idi ki, qeydiyyat müddəti artıq başa çatıb.

Peşəkar Futbol Liqası – 4 yer

1. Rauf Əliyev – “Neftçi” PFK
2. Hafiz Məmmədov – “Bakı” FK
3. Ələkbər Məmmədov – “İnter” PİK
4. Kazbek Tuayev – “Simurq” FK
5. Tahir Gözəl – “Qarabağ” FK

Regional Futbol Federasiyaları – 2 yer

1. Cahangir Hacıyev – Bakı FF
2. Yaşar Şəmilov – Şimal RFF
3. Sakin Məmmədzadə – Cənub RFF
4. Elmar Qasımov – Mərkəz RFF

Sahə Futbol Təşkilatları – 2 yer

1. Mahir Məmmədov – Çimərlik FF
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər FF
3. Habil Qurbanov – Futzal Federasiyası
4. Kamil Rəhimov – Həvəskarlar FF

İctimai təşkilatlar – 2 yer

1. Elşad Nəsirov – Futbolsevərlər Birliyi
2. İsgəndər Cavadov – Futbolçular Birliyi

Qeyd edək ki, İK-nın üzvləri ilə yanaşı, vitse-prezidentlərin seçiləcəyi AFFA-nın növbəti hesabat-seçki konfransı aprelin 28-də saat 10:00-da assosiasiyanın inzibati binasında keçiriləcək.
0