Fariz Yusifov almaniyalı FİFA hakimi Knut Kirxeri qabaqlayıb
14.04.2008 - 16:40
Fariz Yusifov almaniyalı FİFA hakimi Knut Kirxeri qabaqlayıb
Bakı. Mehman Yusifov – APA-Sport. Azərbaycan Premyer Liqasının XXI turuna təyinat alan hakimlərə verilən qiymətlər bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunda ən yüksək qiymət alan baş hakim Fariz Yusifov olub. Onun aldığı 8,6 bal cari mövsümdə ən yüksək qiymətdir. F.Yusifov rekorda imza atmaqla, almaniyalı həmkarı Knut Kirxeri də qabaqlayıb. Məsələ ondadır ki, turun mərkəzi oyunu olan “Olimpik” – “Neftçi” matçına təyinat alan 39 yaşlı almaniyalı FİFA hakimi azərbaycanlı həmkarı ilə müqayisədə aşağı bal (8,4) alıb.

"Turan" - "Masallı" – 0:0.
Baş hakim: Eldar Nağıbəyov – 8. Hakim-köməkçiləri: Sultan Məmmədov - 8, Akif Adıgözəlov - 8, Samir Hüseynov – 8.

ABN - "Gənclərbirliyi" – 2:0.
Baş hakim: Ceyhun Haşımov – 8,3. Hakim-köməkçiləri: Arif Ağayev – 8,4, Azər Məmmədov – 8,3, Əfqan Həmzəyev – 8.

"Karvan" - "Standard" – 1:1.
Baş hakim: Anar Salmanov – 8. Hakim-köməkçiləri: İlham Əliyev - 8, Aydın Ələkbərov - 8, Azad Mütəllimov – 8.

"Qarabağ" - "Qəbələ" – 2:1.
Baş hakim: Babək Quliyev – 8,3. Hakim-köməkçiləri: Vaqif Musayev - 8, İqor Şpakovski - 8, Elnur Muradov – 8.

"Simurq" - "Bakı" – 0:0.
Baş hakim: Anar Niyazov – 8,1.
Hakim-köməkçiləri: Elman Musayev – 8,3, Elşən Durmuşov – 8,2, Ramiz Əhmədov – 8.

"Xəzər-Lənkəran" - "İnter" – 3:1.
Baş hakim: Fariz Yusifov – 8,6
Hakim-köməkçiləri: Azər Əsgərov – 8,2, Rufulla Kərimov – 8,2, İmanxan Sultani – 8.

"Olimpik" - "Neftçi" – 0:0.
Baş hakim: Knut Kirxer – 8,4. Hakim-köməkçiləri: Torsten Şiffner - 8, Dəniz Aytəkin - 8, Vüsal Əliyev – 8.
0