Azərbaycan Premyer Liqasında üç təxirə salınmış oyun keçirilib
27.04.2008 - 11:18
Azərbaycan Premyer Liqasında üç təxirə salınmış oyun keçirilib
Bakı. Kənan Həsənov – APA-Sport. Azərbaycan Premyer Liqasının XVIII turundan təxirə salınan üç oyun keçirilib. «APA-Sport» agentliyinin məlumatına görə, birinciliyin autsayderi «Gənclərbirliyi» doğma meydanda «Karvan»ı 3:1 hesabı ilə məğlub etməklə ikinci dövrədə ilk qələbəsini qazanıb. Sumqayıtlılardan Səbuhi Sadiqov (20 dəq.), İsmayıl Məmmədov (53 dəq.) və Zaur Məmmədov (90 dəq.) fərqlənib. Yevlax təmsilçisinin yeganə qolunu isə 73-cü dəqiqədə Eldar Hüseynov vurub. Autsayderlər qrupunda yer alan ABN klubu Bərdədə «Qarabağ»a 0:3 hesabı ilə uduzub. Qonaqların qələbəsini Murad Ağakişiyev (8 dəq.), Viktor İbekoyi (15 dəq.) və Kənan Kərimov (22 dəq.) rəsmiləşdirib. «Masallı» isə Lənkəranda Olimpiya İdman Kompleksinin stadionunda «Bakı»nı məğlub edib - 2:0. Qalib komandanın qollarını Vüqar Nadirov (20 dəq.) və Seymur Dadaşov (86 dəq.) vurub. Bu gün üç, sabah isə bir oyun keçiriləcək.
0