Yakuba Bamba 238 gündən sonra qol vurub
28.04.2008 - 11:33
Yakuba Bamba 238 gündən sonra qol vurub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun kot d’ivuarlı hücumçusu Yakuba Bamba Azərbaycan Premyer Liqasında 238 gündən sonra qol vurub. “APA-Sport” agentliyinin məlumatına görə, 2005/06 mövsümündə Azərbaycan çempionatının ən sərrast futbolçusu olan 33 yaşlı futbolçu 18-ci turun “Turan”a qarşı matçında sindromu qırıb. Səfərdə 4:0 hesabı ilə qalib gələn cənubluların legioneri son dəfə Premyer Liqanın 4-cü turu çərçivəsində sentyabrın 2-də keçirilən ABN - “Xəzər-Lənkəran” matçında fərqlənmişdi. Bir müddət zədəli olan Y.Bambanın qol vurduğu son oyunda da lənkəranlılar səfərdə 4:0 hesabı ilə qalib gəlmişdi. Qeyd edək ki, kot d’ivuarlı futbolçu cari mövsümdə 5-ci qolunu vurub.
0