Rövnəq Abdullayev: “Kəpəz” birinci divizionda mübarizə aparacaq”
28.04.2008 - 11:42
Rövnəq Abdullayev: “Kəpəz” birinci divizionda mübarizə aparacaq”
Bakı. Mehman Süleymanov – APA-Sport. Gəncə şəhəri növbəti mövsüm Azərbaycan Premyer Liqasında təmsil olunmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Gəncənin “Kəpəz” klubu yeni mövsümdə birinci divizionda çıxış edəcək. Bu haqda AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün keçirilən hesabat-seçki konfransından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib: “Çıxışını dayandıran komandanın birdən-birə Premyer Liqaya buraxılması düzgün olmazdı. Bu komanda birinci divizionda çıxış edəcək”.
Bununla da yeni sponsor tapılan “Kəpəz” tarixində ilk dəfə birinci divizionda çıxış edəcək. Belə ki, “Kəpəz” iki mövsüm “Gəncə” adı altında çıxış etdikdən sonra 2006-cı ildə dağılıb.
0