Dövlət Neft Şirkəti 2008-ci ildə AFFA-ya 6 milyon manat yardım edəcək
28.04.2008 - 15:19
Dövlət Neft Şirkəti 2008-ci ildə AFFA-ya 6 milyon manat yardım edəcək
AFFA-nın gəlirləri iki cür yaranır ki, bunlar öz vəsaiti və məqsədli maliyyələşmə hesabınadır. Gəlirlər smetasının 85 faizini məqsədli maliyyələşmələr təşkil edir ki, bunlar daha çox Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yardımı hesabına yaranır. AFFA prezidenti Rövnəq Abdullayevin eyni zamanda rəhbərlik etdiyi ARDNŞ bu il assosiasiyaya 6 milyon manat yardım edəcək. Qalan 2 milyon 557 min 200 manat UEFA və FİFA-nın yardımlarından ibarətdir. Assosiasiya milli komandamızın yayım hüquqlarına malik Almaniyanın “Sportfayv” şirkətindən 32 min 800 manat qazanacaq. 2010-cu il dünya çempionatının seçmə mərhələsinin oyunlarının təqviminə əsasən, bu il səfərdə Uels və Finlandiya, evdə Lixtenşteyn yığması ilə rəsmi oyun nəzərdə tutulub. AFFA-nın xərclərinə gəlincə, bunun yarıya qədərini milli komandalara sərf edilən vəsait təşkil edir.
Məlum olduğu kimi, ARDNŞ milli komandamızın sponsoru hesab edilir. AFFA-nın əvvəlki illərdən fərqli budəfəki xərclər smetasına futbol akademiyasının tikintisi üçün sərf olunacaq vəsait də daxil edilib ki, bu da 2 milyon manat təşkil edir. Assosiasiyanın inzibati binasının ərazisində inşa ediləcək akademiyanın tikintisinə beynəlxalq futbol qurumları da maddi yardım göstərəcək.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının

2008-ci ilə gəlirlər və xərclər smetasının proqnozu

gəlirlər

göstəricilər

proqnoz 2008

01.01.2008-ci ilə qalıq

808,709.83

I

AFFA-nın öz vəsaiti hesabına

1,792,800.00

1.1.

Klublardan üzvlük haqqı və cərimələr

1,300,000.00

1.2.

Bilet satışından

80,000.00

1.3.

Teleyayım xidmətindən (Sportfayv)

32,800.00

1.4.

Marketinq və reklamdan (AFFA-nın partnyorlarla birlikdə tədbirlərindən)

80,000.00

1.5.

Sair daxilolmalar

300,000.00

II

Məqsədli maliyyələşmələr

8,557,200.00

2.1.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yardımı

6,000,000.00

2.2.

UEFA-nın yardımı (Hatt-Trick proqramı çərçivəsində)

1,066,020.00

2.3.

UEFA-nın yardımı (Scoreboard proqramı çərçivəsində)

160,180.00

2.4.

UEFA-nın yardımı (Futbol Akademiyasının tikintisi üçün)

1,121,000.00

2.5.

FİFA-nın yardımı

210,000.00

yekun

10,350,000.00

xərclər

1

Milli yığma komandaların xərci

4,500,000.00

2

Avadanlıq və idman ləvazimatlarının alınması

900,000.00

3

Milli komandalar üçün dərman preparatlarının alınması

150,000.00

4

Əmək haqqı

1,400,000.00

5

Sosial müdafiə fonduna ayırmalar

300,000.00

6

Vergi orqanına

300,000.00

7

Kommunal xərclər

200,000.00

8

Təsərrüfat xərcləri

450,000.00

9

Futbol Akademiyasının tikintisinə

2,000,000.00

10

Sair xərclər

150,000.00

yekun

10,350,000.00

0