Azərbaycan milli komandası Gürcüstana böyük hesabla qalib gəlib
28.04.2008 - 15:46
Azərbaycan milli komandası Gürcüstana böyük hesabla qalib gəlib
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Bakıda qadın futbolçular arasında beynəlxalq turnir start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində mübarizəni erkən dayandıran milli komandaların oyun təcrübəsini artırmaq məqsədilə təşkil olunan yarışda Azərbaycan, Gürcüstan Makedoniya və Litva iştirak edir. Açılış matçında futbolçularımız gürcüstanlı həmkarlarını sınağa çəkiblər. Qarşılaşma yığmamızın tam üstünlüyü şəraitində keçib. Nəticədə komandamız 3:0 hesabı ilə qalib gəlib. Şamil Heydərovun rəhbərlik etdiyi kollektivin qollarına Anna Ələkbərova (2) və “milliləşdirilmiş” rusiyalı Nora Abdullayeva imza atıb. Yığmamız aprelin 30-da Litva ilə üz-üzə gələcək.
Qeyd edək ki, mayın 3-də yekunlaşacaq yarışın bütün oyunlarının Zabrat qəsəbə stadionunda keçirilməsi nəzərdə tutulub.
0