“Olimpik” almaniyalı hakimlərin idarə etdiyi oyunlarda qol vurmayıb
29.04.2008 - 10:08
“Olimpik” almaniyalı hakimlərin idarə etdiyi oyunlarda qol vurmayıb
Mark Simonn (“Neftçi” –“İnter”), Knut Kirxer (“Olimpik” – “Neftçi”), Peter Sippel (“İnter” – “Olimpik”) Premyer Liqanın, Babak Rafati isə (“İnter” – “Neftçi”) ölkə kubokunun oyununda fit çalıb. Yalnız paytaxt təmsilçilərinin, həm də ilk “üçlük”də qərarlaşan komandaların oyunlarına dəvət olunan almaniyalılar daha çox “İnter”ə uğur gətirib. Əcnəbilərin idarəçiliyi altında heç-heçə etməyən Valentin Xodukinin yetirmələri bu matçlarda daha yaxşı nəticə göstərib. Çempionatın lideri “Olimpik” isə almaniyalıların gözü qabağında bir qol da vura bilməyib. Maraqlıdır ki, avropalı hakimlər Azərbaycan stadionlarında penalti təyin etməyib. Əvəzində 1-i qırmızı olmaqla, 20 vərəqə göstərən almaniyalılar daha çox “Neftçi”ni cəzalandırıb. Qırmızı da nəzərə alınmaqla, 13 vərəqə milli komanda üzvlərinin payına düşür. Legionerlər 9, yerlilər isə 11 vərəqə alıb. Almaniyalılar üçün 3 futbolçu intizamsız kimi diqqət çəkib. Meydandan qovulan yeganə oyunçu – Samir Abbasov, həmçinin Aleksandr Çertoqanov və Aqil Nəbiyev əcnəbi hakimlərlə qarşılaşmaların ikisində önündə vərəqə görüb.

yer

klub

o

q

h

m

top

x

Vərəqə(qırmızı)

1

“İnter”

3

2

0

1

3-2

6

6(1)

2

“Neftçi”

3

1

1

1

2-1

3

9

3

“Olimpik”

2

0

1

1

0-2

1

5

0