Bosniya və Herseqovina millisi Azərbaycanla oyun öncəsi problemlə üzləşib
29.04.2008 - 10:53
Bosniya və Herseqovina millisi Azərbaycanla oyun öncəsi problemlə üzləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının iyunun 1-də qarşılaşacağı Bosniya və Herseqovina yığması rəqib axtarır. “APA-Sport” agentliyinin məlumatına görə, mayın 27-də Polşa, 5 gün sonra komandamızla qarşılaşacaq Meho Kodronun yetirmələri problemlə üzləşib. Planlarını iki yoxlama oyununun keçirilməsi üçün quran bosniyalıların ilk matçı baş tutmayacaq. Buna səbəb FİFA-nın Albaniyaya güzəştə getməsidir. Mayın 27-də Polşa ilə qarşılaşmalı olan albaniyalıların beynəlxalq qurum tərəfindən cəzalandırılması Bosniya və Herseqovinanın onları əvəzləməsinə şərait yaratmışdı. Lakin FİFA bir müddət əvvəl cəzalandırdığı Albaniyaya bu matçı keçirməyə icazə verib. Bu səbəbdən yalnız bir görüş keçirmək məcburiyyətində qalan M.Kodronun yetirmələrinin durumu Bosniya və Herseqovina Futbol Federasiyasını da narahat edir. Qurumun prezidenti İlya Dominkoviç vaxtın az olmasına baxmayaraq, Azərbaycanla qarşılaşmayadək daha bir rəqiblə razılıq əldə etməyə çalışacaqlarını bildirib.
0