Babək Quliyev İntertoto kubokunun ikinci mərhələ oyununa təyinat alıb
29.04.2008 - 11:49
Babək Quliyev İntertoto kubokunun ikinci mərhələ oyununa təyinat alıb
Bakı. Mehman Süleymanov – APA-Sport. Azərbaycanlı hakim Babək Quliyev UEFA-dan təyinat alıb. “APA-Sport” agentliyinin məlumatına görə, 34 yaşlı beynəlxalq dərəcəli referi İntertoto kubokunun ikinci mərhələ oyununda idarəçilik edəcək. Həmyerlimiz Norveç təmsilçisinin Litva və Estoniya klublarının qalibi arasında keçiriləcək görüşünə baş hakim təyin edilib. Onun idarə edəcəyi matç İntertoto kubokunun ikinci mərhələsinin cavab görüşləri çərçivəsində iyulun 12-də və ya 13-də keçiriləcək.
0