Rusiyanın “Avanqard” klubunun qapısını azərbaycanlı futbolçu qoruyur
29.04.2008 - 12:36
Kursk. Vüqar Xeyrullayev – APA-Sport. Rusiya çempionatının ikinci divizionunda çıxış edən Kurskun “Avanqard” klubunun qapısını azərbaycanlı futbolçu qoruyur. “APA-Sport” agentliyinin məlumatına görə, Sumqayıt futbolunun yetirməsi olan 29 yaşlı Ruslan Səfərov Mərkəz zonasında çıxış edən “Avanqard”ın iştirak ərizəsinə daxil edilib. 2004-cü ildə Kursk təmsilçisinə gələn hündürboylu (192 sm) R.Səfərov komandasının birinci divizionda çıxış etdiyi son iki mövsümdə cəmi 2 dəqiqə meydanda olub. Ötən il birinci divizionu tərk edən “Avanqard”ın qapıçısı yalnız bir oyunun 89-cu dəqiqəsində meydana daxil olub. 2004-05-ci illərdə “Avanqard-2”nin formasını daşıyan R.Səfərov 2004-cü ildə Kursk vilayətinin çempionu, iki il sonra Çernozemye birinciliyinin ən yaxşı qapıçısı, 2005-ci ildə isə bürünc mükafatçısı olub. Karyerasının bir hissəsini futzala həsr edən qapıçı 2001-ci ildə Moskvanın “Titan” klubunun heyətində Rusiya çempionatının bürünc mükafatını qazanıb.
Qeyd edək ki, ikinci divizionda yalnız bu ölkənin vətəndaşları çıxış edə bildiyindən R.Səfərov da Rusiya vətəndaşlığını daşıyır.
Qeyd edək ki, ikinci divizionda yalnız bu ölkənin vətəndaşları çıxış edə bildiyindən R.Səfərov da Rusiya vətəndaşlığını daşıyır.
0
0