Bosniya və Herseqovina millisinin heyəti mayın 12-də açıqlanacaq
29.04.2008 - 13:10
Bosniya və Herseqovina millisinin heyəti mayın 12-də açıqlanacaq
Sarayevo. Vüqar Xeyrullayev - APA-Sport. “Hücum xəttinin güclənməsinə ehtiyac var”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri iyunun 1-də Azərbaycan milli komandası ilə qarşılaşacaq Bosniya və Herseqovina yığmasının baş məşqçisi Meho Kodro deyib. O, mayın 27-də və iyunun 1-də keçirəcəkləri yoxlama oyunlarında sərəncamına görəcəyi heyəti qarşılaşmalara 15 gün qalmış açıqlayacağını bəyan edib. M.Kodro hücumçuların ideal formadan uzaq olduğunu aşkar hiss etdirməklə ön xətdə yeni futbolçuları sınayacağını bildirib: “Millidə oynaya bilən bütün futbolçular nəzərimizdədir. Heç kimi hesabdan silmirik. Qarşıdakı iki matçda optimal heyəti tapmağa çalışacağıq”. M.Kodro hazırkı durumundan narazı olduğu Zlatan Muslimoviç və Edin Dzekonun yerində digər hücumçular – Samir Muratoviç, Zelimir Terkes, həmçinin Marko Topiç kimi oyunçuları yoxlayacağını bildirib.
0