Georgi Nikolov: “Pul futbolçuları korlayır”
29.04.2008 - 13:19
Georgi Nikolov: “Pul futbolçuları korlayır”
Onun sözlərinə görə, son bir ildə uduzmayan “Olimpik” üzərində qazanılan qələbə münasibətilə futbolçulara fərqli mükafat verilməyəcək: “Mükafatın məbləği dəyişməz qalıb. Bilirsiniz, pul futbolçuları korlayır və mükafatın məbləğinə toxunmağı məqsədəuyğun saymıram”. Bolqarıstanlı klub rəhbəri vurğulayıb ki, “Olimpik”i məğlub etməklə, çempionatda rəqabətin qalmasını vacib sayır: “Bu qələbə sayəsində çempionluğa həm nəzəri, həm də praktiki şansımız var. Hər halda, rəqiblərimizlə müqayisədə təqvim bizim üçün daha münasibdir. Ancaq qalan 4 turda ABN, “Turan”, “Gənclərbirliyi” və “Qəbələ” klubları ilə qarşılaşacağımızdan qətiyyən arxayınlaşmamalıyıq”. G.Nikolov sonda “Neftçi” rəsmilərinə mesaj da göndərib: “Fikrimcə, “Olimpik” bundan sonra rəqiblərini yaxına buraxmamağa çalışacaq. Bununla belə, qazandığımız qələbədən sonra “Neftçi”nin çempionluq şansı qalır. Halbuki, liderə uduzmağımızla qızıl mükafatçı indidən bəlli olacaqdı. “Neftçi” istəyinə çatacağı halda, mövsümün sonunda gərək bizə ziyafət versin”.
0