Peter Sippel Azərbaycana gələn almaniyalı hakimlər arasında ən yaxşı seçilib
29.04.2008 - 14:34
Peter Sippel Azərbaycana gələn almaniyalı hakimlər arasında ən yaxşı seçilib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının təxirə salınan XVIII turun “İnter” - “Olimpik” oyununu (2:0) idarə edən almaniyalı Peter Sippelin idarəçiliyi yüksək qiymətləndirilib. “APA-Sport” agentliyinin məlumatına görə, matçın hakim-inspektoru Asif Namazov 39 yaşlı FİFA hakiminə 8,5 bal verib. Bununla da P.Sippel Azərbaycana gələn həmyerlilərini qabaqlayıb. Belə ki, Premyer Liqada hakimlik edən Mark Simonn (“Neftçi” – “İnter”) idarəçiliyinə görə 8,4, Knut Kirxer (“Olimpik” – “Neftçi”) 8,2, “İnter”lə “Neftçi” arasında Azərbaycan kuboku uğrunda cavab yarımfinal görüşünə təyin olunan Babak Rafati 8 bal alıb.
P.Sippelin köməkçilərinin hamısı eyni qiymət (8 bal) alıblar. Bunlar həmyerliləri Kristian Dingert və Kristian Soltov, habelə ehtiyat hakim funksiyasını yerinə yetirən azərbaycanlı Anar Salmanov olub.
0