“Karvan”ın futbolçusu Türkmənistan yığma komandasına çağırılıb
29.04.2008 - 15:12
“Karvan”ın futbolçusu Türkmənistan yığma komandasına çağırılıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubunun müdafiəçisi Məkan Nəsirov Türkmənistan milli komandasına dəvət olunub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan Premyer Liqasının oyunları bitəndən sonra vətəninə yollanacaq futbolçu yığma komandasının toplanışına qatılacaq. Növbəti matçını iyunda keçirməsinə baxmayaraq, M.Nəsirovun Türkmənistan millisinə çağırılması ilə bağlı artıq “Karvan” klubuna müraciət olunub. Əvvəlki oyunlardan fərqli, onun həm klub həm də yığmadakı oyundaşı Məmmədəli Karadanova dəvət gəlməyib. Türkmənistan DÇ-2010-nun seçmə mərhələsində ardıcıl 4 oyununu iyun ayında keçirəcək. M.Nəsirovun komandası ayın 2-də KXDR, 14-də Cənubi Koreya ilə öz, 7-də KXDR, 22-də İordaniya ilə rəqib meydanında qarşılaşacaq.
Qeyd edək ki, Türkmənistan millisi seçmə mərhələnin ilk iki oyununda məğlub olub.
0