AFFA yoldaşlıq görüşü keçirmək üçün İspaniyanın “Real” klubuna təklif göndərib
29.04.2008 - 15:24
AFFA yoldaşlıq görüşü keçirmək üçün İspaniyanın “Real” klubuna təklif göndərib
Assosiasiya rəsmisi bildirib ki, bununla bağlı “Real” rəhbərliyinə müraciət ünvanlanıb: “17 yaşlılardan ibarət yığma komandanın sentyabrın 10-dan 20-dək Madriddə təlim-məşq toplanışı keçməsi planlaşdırılıb. Hazırlıq prosesi çərçivəsində futbolçularımızın “Real”da forma geyinən həmyaşıdları ilə görüşməsini istəyirik”. O.Hüseynzadənin sözlərinə görə, müraciət müsbət cavablandırılacağı təqdirdə, milli komandamız “Atletiko” və “Sevilya” klubları ilə də qarşılaşacaq. Madriddə keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı U-17-nin Avropa çempionatının seçmə mərhələsinə hazırlığının son mərhələsi olacaq.
0