AFFA “Olimpik”, “Qəbələ” və ABN klublarını cəzalandırıb
29.04.2008 - 15:38
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin iclası keçirlib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının son turunda futbolçuları nəzərdə tutulduğundan daha çox sarı vərəqə aldığı üçün “Qəbələ” və “Olimpik” klublarını hərəsinə 1000 manat cərimə kəsilib. Bərdənin ABN klubu “Qarabağ”la öz meydanında keçirilən görüşün 17, 67 və 69-cu dəqiqələrində meydana kənar əşyalar atıldığından 2000 manat məbləğində cərimə ödəyəcək. Birinci divizionda çıxış edən İmişlinin “MKT-Araz” klubu eyni səbəbdən 200 manat xərcə düşüb. MOİK və Neftçalanın “ANŞAD-Petrol” klubları futbolçuları nəzərdə tutulduğundan çox sarı vərəqə alması ucbatından 100 manat cərimələnib. MOİK bir oyunluq cəzalanan futbolçusu Elşad Quliyevə görə 20 manat ziyana düşüb. Ümumilikdə, NİK klubları 4420 manat cərimə edib.
0
0