Azərbaycan futbol yığması Özbəkistanla iki yoldaşlıq görüşü keçirəcək
29.04.2008 - 16:05
Azərbaycan futbol yığması Özbəkistanla iki yoldaşlıq görüşü keçirəcək
Bakı Aqşin Əliyev - APA-Sport. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Özbəkistanla iki beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun sözlərinə görə, hər iki matç Özbəkistanın paytaxtı Daşkənddə təşkil ediləcək. Oyunlar AFFA ilə Özbəkistan Futbol Federasiyası arasındakı qarşılıqlı razılığa əsasən baş tutacaq. Yoldaşlıq görüşləri mayın 29-a və iyunun 1-nə təyin edilib. B.Əsgərov bildirib ki, U-19-un üzvləri 3-5 may aralığında Tofiq Bəhramov adına Respublika stadionunda tibbi baxışdan keçəcəklər. Daha sonra baş məşqçi Yaşar Vahabzadənin rəhbərliyi altında Özbəkistanla oyunların hazırlığına start veriləcək. Milli komandanın heyətində Daşkəndə aparılacaq futbolçuların adları yaxın günlərdə açıqlanacaq.
0