AFFA iki hakimi mövsümün sonunadək diskvalifikasiya edib
29.04.2008 - 17:06
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA Azərbaycan Premyer Liqasında keçirilmiş “Gənclərbirliyi” – “Karvan” (3:1) matçının hakimlərini cəzalandırıb. Bu haqda “APA-Sport” agentliyinə Hakimlər Komitəsinin (HK) sədri Xəqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin oyunun baş hakimi Feyzulla Feyzullayev və köməkçiləri Aleksandr Musatkinlə Sultan Məmmədovun məsələsinə bu gün baxılıb: “Hər üçü idarəçiliyinə görə 6 bal alıb. Feyzulla və Sultan cari mövsümün sonunadək cəzalandırılıb. Musatkini isə 3 oyunluq diskvalifikasiya etdik”.
Qeyd edək ki, “Karvan” hesabda 1:2 geridə olarkən vurduğu təmiz qol sayılmayıb.
Qeyd edək ki, “Karvan” hesabda 1:2 geridə olarkən vurduğu təmiz qol sayılmayıb.
0
0