Berti Foqts: “Mən azərbaycanlıların dünya çempionatında iştirak etmək xəyalını gerçəkləşdirə bilmərəm”
29.04.2008 - 18:13
“Azərbaycanda futbol oynamağa yalnız 15 yaşından başlayırlar. Həm də gündə bir dəfə məşq keçməklə. Bu isə məni qane etmir”. Almaniyalı həmkarlarımız B.Foqtsun Azərbaycana gəlməsində aşağı yaş qruplardan olan yığma komandalarımızı çalışdıran həmyerlisi Bernard Lippertin yox, Bakının “Standard” klubunun baş məşqçisi Kaxaber Tsxadadzenin vasitəçi olduğunu qeyd ediblər. Futbolçu karyerası ərzində 1992-1996-cı illərdə Frankfurtun “Ayntraxt” klubunda çıxış edən gürcü həmin vaxtdan B.Foqtsu tanıyır. Almaniyalıların yazdığına görə, almaniyalı ilə K.Tsxadadze iki ay əvvəl Londonda görüşüb, iki gün müzakirələr aparıblar. Almaniyalı həmkarlarımız onu da qeyd edir ki, ayın 3 həftəsini özünə sərf edən B.Foqts Şotlandiyanın Qlazqo şəhərində təhsil alan, mayın 9-da 20 yaşı olacaq oğlu Yustinə cəmi 1 həftə vaxt ayırır.
Qeyd edək ki, almaniyalılar da 62 yaşlı mütəxəssisin milli komandamızda çalışdığı müddətdə ilə 1 milyon avro aldığını təsdiqləyir.
Qeyd edək ki, almaniyalılar da 62 yaşlı mütəxəssisin milli komandamızda çalışdığı müddətdə ilə 1 milyon avro aldığını təsdiqləyir.
0
0