Azərbaycan Premyer Liqasının 11 klubu cəzalanıb
30.04.2008 - 10:10
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının 18 futbolçusu cəzalanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 18-ci turun oyunlarında sarı vərəqə ilə cəzalanan oyunçuların hərəsi 50 manat cərimə ödəməlidir. Mövsümdə ən azı 4-cü dəfə xəbərdarlıq alan oyunçularına görə Premyer Liqanın 11 komandası ziyana düşüb. “Standard” klubu hamıdan çox – 150 manat cərimə ödəməlidir. İki futbolçusu vərəqə limitini aşan “Neftçi”, “Olimpik”, “Masallı”, “Gənclərbirliyi” və “Simurq” AFFA-nın hesabına 100 manat keçirəcək. Daha 5 komandanın - “Bakı”, “Qəbələ”, “Turan”, “İnter”, “Karvan”ın isə 1 oyunçusu cəriməyə məruz qalıb. Yalnız 3 klubun - “Xəzər-Lənkəran”, “Qarabağ” və ABN-in ödəmədiyi cəzaların ümumi məbləği 900 manat olub.
0
0