“Bakı” Anatoli Ponomaryovu transferə çıxarır
01.05.2008 - 14:51
Onun sözlərinə görə, 26 yaşlı yarımmüdafiəçinin cari mövsüm bitəndən sonra geri qaytarılması gündəmdədir: “Ponomaryovun oyunu alınmır. Komandaya lazım olan faydanı verə bilmədiyini özü də etiraf edir. Aldığı pulun qarşılığını verə bilmədiyi üçün xəcalət çəkir”. A.Ponomaryov zədəli olduğundan, son üç oyunda meydana çıxmayıb. Z.Məmmədovun sözlərinə görə, milli komandanın da üzvü olan futbolçunun taleyinə cari mövsümün sonunda aydınlıq gətiriləcək: “Ola bilsin ki, Anatoli qarşıdakı 4 oyunda özünü yaxşı tərəfdən göstərdi. Ancaq hazırda gedişi daha realdır. Komandamızda icarə əsasında çıxış etdiyindən, onun transfer hüququna sahib deyilik. Bununla belə, ilin sonunadək “Bakı”ya məxsusdur. Yəni yayda Anatoli ilə vidalaşacağımız halda, onu heyətinə qatan klub keçidi bizimlə razılaşdırmalıdır”. Baş menecer A.Ponomaryovun müqavilə ilə məxsus olduğu İsveçin HAİS klubuna transfer məbləği ödəmədiklərini deyib: “Komandamıza keçidini özü həll etmişdi. Biz sadəcə, Ponomaryovla bir illik anlaşmanı 100 min dollara razılaşdırmışdıq ki, bu məbləğ nəzərdə tutulduğu qaydada ödənir”.
Qeyd edək ki, ölkə kubokunu da nəzərə alsaq, “Bakı”nın heyətində 7 oyunda meydana çıxan A.Ponomaryov 1 qol vurub.
Qeyd edək ki, ölkə kubokunu da nəzərə alsaq, “Bakı”nın heyətində 7 oyunda meydana çıxan A.Ponomaryov 1 qol vurub.
0
0