Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu növbəti dəfə xal itkisi ilə üzləşib
05.05.2008 - 11:47
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Futbol üzrə Azərbaycan milli komandasının oyunçusu Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu Polşa çempionatında yenə xal itkisi ilə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, güclülər dəstəsinin XXVIII turunda rəqib meydanında “Korona” ilə qarşılaşan Yatsek Jelinskinin yetirmələri 1 xalla kifayətləniblər. 23 yaşlı müdafiəçinin meydana çıxmadığı matçda qonaqlar yalnız 90-cı dəqiqədə vurulan qolla məğlubiyyətdən xilas olub. “Qrotslin” çempionatın sonuna iki tur qalmış 28 oyundan 56 xalla 3-cü pillədə yer alıb. “Visla”dan 17, “Legiya”dan isə 1 xal geri qalan Qrodzisk təmsilçisi yalnız top fərqinə görə “Lex”i qabaqlayır. S.Yunisoğlunun komandası mayın 7-də keçiriləcək növbəti turda “Visla”nı qəbul edəcək.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0