Elxan Məmmədov İsveçrəyə yollanır
05.05.2008 - 18:15
Elxan Məmmədov İsveçrəyə yollanır
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA-nın baş katibi Elxan Məmmədov İsveçrəyə yollanır. “APA-Sport” agentliyinin məlumatına görə, səfərdə məqsəd bu ölkədə fəaliyyət göstərən futbol akademiyasının layihəsi və iş prinsipi ilə tanış olmaqdır. Baş katib mayın 6-dan 9-dək İsveçrədə ezamiyyətdə olacaq. AFFA rəhbərliyi uşaq futbolunun inkişafı məqsədilə futbol akademiyasının inşa olunması ilə bağlı qərar çıxarıb. FİFA və UEFA bu layihəsinin həyata keçirməsi üçün assosiasiyamıza maliyyə yardımı göstərəcək.
Qeyd edək ki, AFFA-nın bu ilki büdcəsində futbol akademiyasının inşası üçün 2 milyon manat vəsaitin ayrılması nəzərə tutulub.
0