Azərbaycanlı futbol hakimi Avropa çempionatına buraxılmayıb
06.05.2008 - 16:54
Azərbaycanlı futbol hakimi Avropa çempionatına buraxılmayıb
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Mehman Mahmudov Avropa çempionatının final mərhələsində iştirak hüququ qazana bilməyib. “APA-Sport” agentliyinin məlumatına görə, FİFA hakim köməkçisi Türkiyədə 17 yaşlılar arasında keçirilən qitə birinciliyində ədaləti qoruyacaq 16 hakim sırasına düşməyib. Yarışda iştirak etməyə namizədlər arasında yer alan M.Mahmudov digər hakimlərlə birlikdə Türkiyəyə yollansa da, onun səfəri erkən başa çatıb. Həmyerlimiz sınaqdan keçə bilmədiyindən vətənə dönüb. UEFA nümayəndələri mayın ilk 3 günü ərzində bütün namizədlərdən normativlər götürdükdən sonra 6 baş və 8 köməkçi hakim müəyyənləşdirib. Qaydalara əsasən, daha iki ehtiyat hakim təşkilatçı ölkədən olur.
Qeyd edək ki, mayın 4-də başlanan Avropa çempionatına keçmiş SSRİ-dən Litva, Belarus və Estoniya hakimləri təyinat alıblar.
0