Ağasəlim Mircavadovla Anatoli Demyanenko 20 ildən sonra üz-üzə
07.05.2008 - 13:55
Ağasəlim Mircavadovla Anatoli Demyanenko 20 ildən sonra üz-üzə
SSRİ çempionatlarının güclülər dəstəsində keçirilən hər iki matçda meydan sahibləri 3 top vuraraq, qalib gəliblər. 1987-88-ci illərdə A.Mircavadovun rəhbərlik etdiyi “Neftçi” A.Demyanenkonun oynadığı Kiyev “Dinamo”su ilə ayrı-ayrı mövsümlərdə üz-üzə gəlib. 1987-ci il oktyabrın 31-də Bakıda baş tutan görüşdə flaqman qonaqları 3:1 hesabı ilə məğlub edib. “Neftçi”nin qollarına İsgəndər Cavadovla (2) Mustafa Bilalov imza atıb. Bundan doqquz ay sonra iyulun 4-də keçirilən oyunda da A.Demyanenkonun komandası qonaq qismində meydana çıxıb. Həmin vaxt ölkəmizdə siyasi gərginlik yaşandığından “Neftçi” məcburiyyət qarşısında qalaraq, “Dinamo”nu Kiyevdə qəbul edib. Bu dəfə ukraynalılar 3:0 hesabı ilə qalib gəliblər. Bu məğlubiyyətdən ay yarım sonra A.Mircavadov istefaya göndərilib.
Qeyd edək ki, A.Mircavadov və A.Demyanenko baş məşqçi qismində ilk dəfə mayın 11-də Azərbaycan Premyer Liqasının XXIV turunda keçiriləcək “Neftçi” - “Xəzər-Lənkəran” oyununda qarşılaşacaqlar.
0