Milli komandanın futbolçusu avtomobil qəzasında həlak olub
08.05.2008 - 15:26
Milli komandanın futbolçusu avtomobil qəzasında həlak olub
Brügge. Elşən Məmmədov-APA-Sport. Belçika yığmasının və “Brügge” klubunun futbolçusu Fransua Sterşel avtomobil qəzasında həlak olub. “APA-Sport” agentliyinin məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. Antverpen şəhərindən qayıdarkən, Vrasen yaşayış məntəqəsində 26 yaşlı futbolçunun avtomobili yoldan kənara çıxaraq, ağaca çırpılıb. Nəticədə F.Sterşel hadisə yerindəcə keçinib.
Ötən yay Belçikanın “Jerminal” komandasından “Brügge”yə keçən hücumçu mövsüm ərzində 11 qol vurub. O, Belçika yığmasında ötən il martın 24-də Portuqaliyaya qarşı Avropa çempionatının seçmə qrup oyununda debüt edib. Ümumilikdə 4 dəfə milli forma geyən forvard noyabrın 21-də Bakıda baş tutan Azərbaycan millisi ilə oyuna da dəvət alsa da, zədəli olması səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb.
0