Saşa Yunisoğlunun komandası Polşa çempionatını üçüncü pillədə başa vurub
12.05.2008 - 09:30
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlunun çıxış etdiyi “Qrotslin” klubu Polşa çempionatının bürünc mükafatını qazanıb. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin çıxış etdiyi komanda ölkə çempionatının son turunda “Odra”nı 3:2 hesabı ilə məğlub edib. Səfərdə qazanılan minimal hesablı qələbə sayəsində Yatsek Jelinskinin yetirmələri həm mövsümü 3-cü pillədə bitirib, həm də UEFA kubokuna vəsiqə qazanıb. Bu oyunda S.Yunisoğlu 90 dəqiqə əvəzlənmədən meydanda olub.
“Qrotslin” çempionat ərzində 18 qələbə qazanıb, 6 heç-heçə və 6 məğlubiyyət almaqla, 52 top vurub, 24-ü buraxıb. “Visla” (77 xal) və “Legiya”dan (63) geri qalan Qrodzisk təmsilçisi tarixinin ən yaxşı nəticəsini təkrarlaya bilməyib. S.Yunisoğlunun komandası 3 il əvvəl çempionatı ikinci yerdə bitirmişdi. “Qrotslin” carı mövsümdə son matçını mayın 17-də “Legiya”ya qarşı keçirəcək.

0
0