“Neftçi” çempionluq şansını itirdi, “Olimpik” isə ən yaxın izləyicisi ilə xal fərqini 5-ə çatdırıb
12.05.2008 - 18:51
“Neftçi” çempionluq şansını itirdi, “Olimpik” isə ən yaxın izləyicisi ilə xal fərqini 5-ə çatdırıb
Hesabı açan Fabio Luis Ramim matçı sonadək başa çatdıra bilməyib. Belə ki, görüşün baş hakimi Anar Salmanov braziliyalı yarımmüdafiəçini ikinci hissənin ortasında rəqibini bilərəkdən vurduğu üçün qırmızı vərəqə göstərərək, meydandan qovub. Bununla belə, Əsgər Abdullayevin çalışdırdığı komanda 10 nəfərlə də fərqlənərək, Samir Musayevin qolu ilə 2:0 hesablı qələbəni rəsmiləşdirib. Liderliyini bir qədər də möhkəmlədən “Olimpik” çempionluq şansını xeyli yüksəldib. Sona iki tur qalmış ən yaxın izləyicisi “İnter”i 5 xal qabaqlayan Ə.Abdullayevin komandasına tarixində ilk çempionluğu rəsmiləşdirmək üçün qalan oyunda (“Xəzər-Lənkəran”la səfər, “Qarabağ”la ev matçı) iki xal yetərlidir. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Sumqayıtın “Gənclərbirliyi” məğlubiyyətsiz oyunlar seriyasını 4-ə çatdırıb. Hesabına daha bir xal yazan autsayder “Turan”la xal fərqini 3-ə endirib. “Bakı” ilə “Qarabağ”ın görüşü ilk dövrədə olduğu kimi, yenə heç-heçə nəticələnib. Tarixində ilk dəfə öz meydanında “Xəzər-Lənkəran”a məğlub olan “Neftçi” çempionluq şansını itirib. Lənkəranlılar turnir cədvəlində 4-cü yerdə qalsalar da, qələbə sayəsində prinsipial rəqibi ilə xal fərqini minimuma endirib. Flaqman avstriyalı Şteffan Messnerin başçılıq etdiyi hakimlər briqadasının idarə etdiyi oyunun yarıdan çoxunu azlıqda keçirib. Buna “Neftçi”nin kapitanı Zaur Tağızadənin 25-ci dəqiqədə meydana qovulması səbəb olub. Ş.Messner “Xəzər-Lənkəran”a ən çox qol vuran (3) Z.Tağızadəyə rəqibə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərib. Hələ buna qədər Rəşad Abdullayevin vurduğu qolla hesabda geridə qalan “Neftçi” 10 nəfərlə məğlubiyyətdən xilas ola bilməyib. Flaqman çempionluq şansını itirməsi azmış kimi, gümüş medallar və UEFA kubokuna vəsiqədən də məhrum ola bilər. Buna səbəb komandanın turnir cədvəlində 2-ci pilləni əldən verməsidir. “Neftçi”nin xal itkisindən maksimum yararlanan Bakının “İnter” klubu turnir cədvəlində 3-cü pilləni təhvil verdiyi həmşəhərlilərini 1 xal qabaqlayır.

9 may

“Standard” – ABN – 6:0

Leonardo Roşa, 10, 66, Anhel Qutyerres, 13, Sebastyan Martines, 53, 82, Marius Vintila, 65

11 may

“Masallı” – “Simurq” – 1:1

Azər Mehdiyev, 59 – Vladimir Mazyar, 47

“Neftçi” – “Xəzər-Lənkəran” – 0:1
Rəşad Abdullayev, 14

“İnter” – “Turan” – 3:1
Xaqani Məmmədov, 33, Valter Quqlemon, 55, Cavid Hüseynov, 71 – Yasin Abbasov, 88

12 may

“Olimpik” – “Karvan” – 2:0

Fabio Luis Ramim, 50, Samir Musayev, 87

“Qəbələ” – “Gənclərbirliyi” – 2:2
Ədəhim Niftəliyev, 25-öz qapısına, Əli İsmayılov, 43 – Tomislav Staniç, 32, Emin Əmiraslanov, 82

“Bakı” – “Qarabağ” – 0:0

Turnir cədvəli

Klub

o

q

h

m

t

x

1

Olimpik

24

17

6

1

29-6

57

2

İnter

24

16

4

4

48-18

52

3

Neftçi

24

15

6

3

39-18

51

4

Xəzər-Lənkəran

24

14

8

2

43-15

50

5

Qarabağ

24

10

7

7

24-16

37

6

Qəbələ

24

11

2

11

32-31

35

7

Simurq

24

9

7

8

29-23

34

8

Bakı

24

7

10

7

29-24

31

9

Masallı

24

7

5

12

25-38

26

10

Standard

24

6

8

10

31-24

26

11

Karvan

24

6

4

14

21-31

22

12

Turan

24

4

5

15

19-45

17

13

Gənclərbirliyi

24

4

2

18

19-62

14

14

ABN

24

2

6

16

12-49

12



Bombardirlər: Xaqani Məmmədov (“İnter”) – 17, Branimir Subaşiç (“Neftçi”) - 14, Junivan Suares (“Olimpik”) - 11.

Növbəti turun oyunları mayın 17-də və 18-də keçiriləcək: “Gənclərbirliyi” – “İnter”, ABN – “Bakı”, “Qarabağ” – “Neftçi”, “Xəzər-Lənkəran” – “Olimpik”, “Karvan” – “Simurq”, “Qəbələ” – “Masallı”, “Turan” – “Standard”


0