“Neftçi” - “Xəzər-Lənkəran” matçında mövsümün rekordu təkrarlanıb
12.05.2008 - 17:49
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Neftçi” - “Xəzər-Lənkəran” matçında mövsümün rekordu təkrarlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, 15 min tamaşaçı toplayan qarşılaşma Premyer Liqanın ən çox azarkeş toplayan görüşü olub. Bu matçadək rekord göstərici lənkəranlıların “İnter”lə matçında qeydə alınmışdı. Həmin oyunla müqayisədə 2 min azarkeşin çox gəldiyi “Neftçi” – “Xəzər-Lənkəran” qarşılaşması mövsümün yalnız bir matçındakı göstəricini üstələyə bilməyib. Belə ki, ölkə kubokunun ¼ final mərhələsinin “Xəzər-Lənkəran” - “Olimpik” görüşündə də 15 min seyrçi qeydə alınmışdı.
Mövsümün ən çox tamaşaçı toplayan oyunları:
“Neftçi” – “Xəzər-Lənkəran” – 15000 (XXIV tur)
“Xəzər-Lənkəran” – “Olimpik” – 15000 (1/4 final)
“Xəzər-Lənkəran” – “İnter” : 13000 (XXI tur)
“Xəzər-Lənkəran” – “Bakı” – 10000 (XXIII tur)
Qeyd edək ki, müstəqillik tarixinin rekordu da “Neftçi” – “Xəzər-Lənkəran” matçlarında qeydə alınıb. Komandaların 2005-ci ildə Gəncədə, ötən il Bakıda keçirilən oyunlarında 25 min tamaşaçı izləmişdi.

- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0