“İnter” rəhbərliyi Azərbaycan kubokunun final matçını əcnəbi hakimlərin idarə etməsini istəyir
14.05.2008 - 15:50
“İnter” rəhbərliyi Azərbaycan kubokunun final matçını əcnəbi hakimlərin idarə etməsini istəyir
Bakı. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu “Xəzər-Lənkəran”la Azərbaycan kuboku uğrunda mayın 24-də keçiriləcək final görüşünü əcnəbi hakimlərin idarə etməsini istəyir. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən “İnter”in prezidenti Georgi Nikolovun sözlərinə görə, əcnəbi referilərin bütün xərclərini ödəməyə hazırdırlar: “Bununla bağlı AFFA-ya rəsmi müraciət etmişik. Bizim üçün hakimlərin hansı ölkədən olmasının fərqi yoxdur”.
Qeyd edək ki, cari mövsümdə ölkəmizə gələn əcnəbi hakimlərdən üçü - Mark Simonn, Babak Rafati və Peter Sippel “İnter”in oyunlarını idarə edib.
0